Atletlərimiz növbəti yarışda da mütləq iştirak edəcəklər.
“Zirvə yolu”nun məlumatına görə, bunu Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Xankəndi – Bakı ultramarafonu barədə jurnalistlərə açıqlamasında deyib.
Səfir təşkilatçılıqdan və qonaqpərvərlikdən razılıq bildirib: “Dəvətə görə təşkilatçılara təşəkkürümü bildirirəm. Bir neçə həftə əvvəl dəvət aldıq. Meksika yarışda 4 idmançı ilə təmsil olundu. Onlar burada özlərini evdəki kimi hiss edirlər. Qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edirik. İdmançılarımız təşkilatçılıqdan çox razıdırlar”.
Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Yarışın qalibi Artyom Əliyev olub.