Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişində axtarılan Nərmin Quliyeva ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.
Sonxeber.az xəbər verir ki, adının açıqlamasını istəməyən şəxs verilişə zəng edərək bildirib ki, 11 yaşlı Nərmini Masallıda görüb: “Nərminin yanında bir cavan oğlan və yaşlı kişi var idi. Nərmin qışqırıb deyirdi ki, kömək edin, onlar məni qaçırıblar. Onu Masallıda Xan sarayı restoranında gördük. Nərmin bizə dedi ki, Xoşqədəm xanımın verilişində məni axtarırlar. Biz polisə xəbər verdik. Polis Nərmini və yanındakı kişiləri polisə bölməsinə apardı”.
Sonxeber.az