Fələstin Prezidenti Mahmud Abbas üç günlük rəsmi səfərlə Türkiyəyə gedib.
“Zirvə yolu”nun məlumatına görə, bu barədə Fələstinin WAFA agentliyi xəbər yayıb.
M.Abbası hava limanında Türkiyənin bir sıra rəsmi şəxsləri, eləcə də ərəb dövlətlərinin bu ölkədə akkreditə olunmuş səfirləri qarşılayıblar.
Səfər zamanı Abbasın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. Danışıqların əsas mövzularından biri Fələstin-İsrail münaqişəsi zonasında, o cümlədən Qəzza zolağında vəziyyət olacaq.