Azərbaycan Mərkəzi Bankı (AMB) və Qətər Maliyyə Bazarları Təşkilatı arasında qiymətli kağızlar bazarının inkişafını və xarici investorlar üçün yaradılmış imkanlar müzakirə olunub.
“Zirvə yolu” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Qətərə işgüzar səfərimiz çərçivəsində növbəti görüşümüz Qətər Maliyyə Bazarları Təşkilatının rəhbəri Tami Əhməd Əli Əl Boutami Əl Binəli ilə oldu. Görüş zamanı Qətərin qiymətli kağızlar bazarının inkişafını və xarici investorlar üçün yaradılmış imkanları müzakirə etdik. Həmçinin hər iki ölkənin nəzarət qurumları və qiymətli kağızlar bazarının iştirakçıları arasında əməkdaşlıq perspektivləri barədə əhatəli fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.