Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus “Radioquraşdırma zavodu” MMC-nin direktoru Rzabəy Məmmədov vəzifəsindən azad edilib.
“Zirvə yolu” xəbər verir ki, müəssisəyə rəhbərlik Mamay Qulubəyova həvalə olunub.
Xatırladaq ki, “Radioquraşdırma zavodu” 1948-ci ildə Yеrli Sənаyе Nаzirliyinin tаbеliyində yaradılıb, 1984-cü ildə Robot zavodu ilə birləşdirilərək Radioquraşdırma Bakı İstehsalat Birliyi adlandırılıb, 1991-ci ilə qədər SSRİ Rаdiо sənаyеsi Nаzirliyinin, daha sonra Nаzirlər Kаbinеtinin tаbеliyində оlub, 1993-cü ilin аvqust ayında Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin, 2006-cı ildən isə MSN-in tabeliyinə verilib. Onun nizamnamə kapitalı 14 583 798 manatdır.