Bakı Dövlət Universiteti İKT avadanlıqlarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi “EVEREST-2022” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə imzalayıb.
Müqavilənin məbləği 1.444.952,53 AZN-dir.
Əldə etdiyimiz məlumata görə, qalib şirkətin dövlətə vergi borcu var.
“EVEREST-2022” Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda vergi borcu 15 min 234 manat 40 qəpikdir.
Bildirək ki, qalib olan MMC-nin nizamnamə kapitalı 100 AZN, qanuni təmsilçisi Babayev Fuad Şakir oğludur.
Xatırladaq ki, BDU-nun rektoru Elçin Babayevdir.