Rusiya texniki cəhətdən nüvə müharibəsinə hazırdır.
“Zirvə yolu” xəbər verir ki, bu barədə “Röyters” nəşri yazıb.
Qeyd olunub ki, ABŞ Ukrayna ərazisinə qoşun yeridərsə, Kreml bunu ciddi eskalasiya hesab edəcək: “ABŞ öz qoşunlarını Ukrayna ərazisində yerləşdirsə, Moskva bu addımı müharibəyə müdaxilə kimi qəbul edəcək”.
Bildirilib ki, Kremlin nüvə müharibəsi ilə bağlı hədələri Ukraynanın müttəfiqlərini qorxutmaq və onları buraya qoşun göndərməkdən çəkindirmək üçündür.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl nüvə müharibəsinə hazır olduqlarını bildirmişdi.