Dekabr ayının 5-də Bakı-Sumqayıt dəmir yolu xəttinə yeni elektrik qatarı buraxılacaq.
“APA-Economics” məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, bu qərar sözügedən marşrut xəttində yüksək sərnişin sıxlığını nəzərə alaraq qəbul edilib.