İqtisadiyyat Manşet

Azərbaycan və İran tarixi Xudafərin körpüsünün bərpasını müzakirə edib

Azərbaycan və İran arasında tarixi Xudafərin körpüsünün bərpası müzakirə edilib.

“Zirvə yolu” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Tehranda həmkarım Əli Əkbər Mehrabian ilə iki ölkənin enerji əməkdaşlığının inkişafı ilə bağlı məhdud və geniş tərkibdə səmərəli görüşümüz oldu. Xudafərin və Qız Qalası hidroqovsaqları və su elektrik stansiyasıları, Ordubad SES layihələrinin icrası, Azərbaycan, İran və Rusiya enerji körpüsünün yaradılması, elektrik enerjisinin mübadiləsi, tranziti, habelə tarixi Xudafərin körpüsünün bərpası məsələlərini müzakirə etdik”, – deyə o qeyd edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir