Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili və üzvləri Tural Gəncəliyev, İltizam Yusifov, Vüqar Bayramov, Soltan Məmmədov, Nurlan Həsənov, Kəmaləddin Qafarov və Razi Nurullayev qurumun 11-ci sessiyasında iştirak edəcəklər.
“Zirvə yolu” xəbər verir ki, onlar bu məqsədlə martın 18-də Brüssel şəhərinə səfər edəcəklər.
Tədbirdə əvvəlki sessiyanın protokolu və təşkilatın 2024-2025-ci illər üçün iş planları təsdiqlənəcək, Avronest PA komitələrinin və işçi qruplarının məruzələri və məlumatları dinləniləcək.
Səfər martın 21-də başa çatacaq.