Azərbaycan Respublikasının yeni Ombudsmanı Səbinə Əliyeva oldu
“Ölkə.Az” xəbər verir ki, deputalar .Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələni müzakirə edərək namizədlərə səs verib.
Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.
İlk olaraq Səbinə Əliyevanın namizədliyi səsə qoyulub. Səsvermə zamanı Səbinə Əliyevaya 104 səs qazanıb.
Səsvermənin nəticələrinə görə Səbinə Əliyeva yeni Ombudsman seçildi.
Hazırda yeni Ombudsman seçilən qanunvericiliyin tələbinə uyğun olaraq and içir.