Cəmiyyət

Türkiyənim Azərbaycandakı səfirinin qardaşı oğlu DƏLƏDUZ ÇIXDI – TƏFƏRRÜAT

Türkiyənin Azərbacandakı səfiri Cahit Bağcının qardaşı oğlu Bulut Bağcının qurduğu geniş şəbəkə vasitəsilə çox sayda insana külli miqdarda zərər vurduğu bildirilir.

AzFakt.com xəbər verir ki, bu barədə Türkiyə mediasında yayımlanan məlumata əsasən, “World Tourism Forum”un keçmiş rəhbəri olan 38 yaşlı Bulut Bağcı “Tourism X” (TRMX) adlı kriptovalyuta biznesinə baş vuraraq yüzlərlə şəxsə qarşı dəyərli milyon dollarla ölçülən dələduzluğa yol verib. Qeyd olunur ki, zərərçəkənlər Bağcıya qarşı bu ittihamla artıq prokurorluğa müraciət ediblər.

Qeyd olunur ki, Bulut Bağcının ulduzu 2016-cı il İstanbul Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında keçirilən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və bir çox dövlət rəsmilərinin qatıldığı Dünya Turizm Forumunda (World Tourism Forum) parlayıb.

Bu sektorda müəyyən fəaliyyət göstərdikdən sonra Bağcı “iş yönü”nü dəyişdirərək kriptovalyuta işinə baş vurdu və “Tourism X” adlı layihəsinin başlanğıcında topladığı pullarla beynəlxalq turizm layihələrinə sərmayə qoyulması və müştərilərin otel və təyyarə kimi səyahət elementlərini məhz həmin kriptovalyuta əsasında qarşılamalarına çalışdı. O bu vədlərlə çox sayda insanı layihəyə cəlb edə bildi.

Başladığı iş çərçivəsində Çadın Mədəniyyət, Tarixi İrs, Turizm və Əl Sənətləri Nazirliyi ilə ölkənin paytaxtı Ncamenada otel tikintisi üçün 8,2 milyon dollarlıq müqavilə imzalasa da, öz öhdəliyini yerinə yetirmədi.

Maraqlıdır ki, Bağcı öz fəaliyyətinin ciddiliyini göstərmək üçün hər yerdə Ərdoğanın adından gen-bol yararlanıb, onunla çəkdirdiyi şəkilləri paylaşaraq öz haqqında rəy yaratmağa nail olub.

Lakin sonunda Bağcının toruna düşmüş 13 nəfər prokurorluğa müraciət edərək onun tərəfindən təqribən 15 milyon dollar dəyərində dələduzluğa məruz qaldıqlarını bildiriblər.

Qeyd edək ki, əslən Çorumdan olan Bulut Bağcı Türkiyənim Azərbaycandakı səfiri Cahid Bağçının qardaşı oğludur.

Türkiyənim Azərbaycandakı səfirinin qardaşı oğlu DƏLƏDUZ ÇIXDI

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir