Cəmiyyət Sosial

Ağdamın “ölü canları” və Vaqif Həsənovun səksəkəsi…

Bir müddət öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil kommunal istismar sahəsinin rəisi Valeh Abdullayev Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldı. Saxlanılma üçünsə çoxlu əsaslar vardı və əməliyyatdan sonra verilən rəsmi açıqlamaya görə Valeh Abdullayev külli miqdarda məmimsəməyə yol verçəklə yanaşı, qaçqınlar üçün tikilən mənzilləri qaçqın stausu olmayan adamlara kirayə verib, həmçinin 65 yaşından yuxarı işçilərlə müavilə bağlamaq üçün onlardan pul alıb. Həmçinin Valeh Abdullayevin kabinetində aparılan axtarış zamanı yüzlərlə maaş kartı aşkaelanıb. Bu qədər ciddi sübutların olmasına baxmayaraq, məhkəmə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil kommunal istismar sahəsinin rəisini ev dustaqlığına buraxıb. Ağdamda gəzən söz-söhbətlərə görə isə hakim bu bu barədə heç də qarşılıqlıqsız qərar qəbul etməyib.

Bəzi iddialara görə isə Valeh Abdullayevin kabinetindən tapılan maaş kartlarının bir hissəi də Ağdamın icra baçısı Vaqif Həsəovdadır. Daha doğrusu ona yaxın olan bir neçə adamda…

Bəs Ağdamda “ölü canlar” təkcə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil kommunal istismar sahəsinəmi aiddir? Ağdamdakı mənbələrimiz iddia edir ki, əslində “ölü can” məsələsi Ağdamın bütün dövlət idarələrinin problemidir və hazırda Vaqif Əliyevin əsas yeyinti yeri məhz “ölü canlar”dır.

Mənbələrimiz idda edir ki, əgər bu məsələ Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən yoxlanılarsa, çox böyük saxtakarlıqlar və büdcə talanı aşkar eiləcək. Mənbələrimizdən biri bildirib ki, misal üçün rəsmi sənədlər görə Ağdam rayon Mənzil Kommunal İdarəsinin rəisi Fəzlin Mehdiyevin sərəncamında 900-dən çox işçi var. Faktiki olaraq isə işə 100 nəfərə qədər adam çıxır. Qalanları isə “ölü can” funksiyasını həyata keçirir və hər ay həm Fəzlin Mehdiyevə, həm də Vaqif Həsənova külli miqdarda dövlət vəsaitini maaş olaraq mənimsəmələrinə imkan yaradır. Mənbəmiz iddia edir ki, Ağdam rayon Mənzil Kommunal İdarəsinə aid 800-dən artıq maaş kartı barmaqla sayılacaq adamların əlindədir və bu adamlar Vaqif Həsənovla Fəzlin Mehdiyevin qohumlarıdır. Mənbəmiz qeyd edir ki, əgər Ağdam, Ağcabədi və ətraf royanların bankomatlarının kameralarına baxılarsa, o zaman eyni adamların bankomatlardan nə qədər maaş pulu çıxardıqlarını da görə biləcəklər.

Bundan başqa rəsmi dövlət sənədləronə görə Ağdam Mexaniki Suvarma İdarəsinin isə mindən çox işçisi var. Mənbələrimiz iddia edir ki, Ağdam Mexaniki Suvarma İdarəsində hər gün 400-ə qədər adam işə çıxır. Qalanları isə sadəcə “ölü candır” və onların maaşları da idarənin rəisi Hafız Əzimzadə ilə icra başçısı Hafiz Məmmədovun cibinə gedir.

Bunlar sadəcə nümunələrdir və əslində Ağdamda büdcədən maliyyləşən bütün dövlət qurumlarında bu vəziyyət hökm sürür.

Mənbələrimiz qeyd edirlər ki, Valeh Abdullayevə qarşı həyata keçirilən əməliyyatdan sonra Vaqif Həsənov və idarə müdirləri səsksəkə içindədirlər. Lakin onların vəziyəti dəyişdirmək üçün imkanları belə yoxdur. Çünki Ağdamda bəlkə də minlərlə olan “ölü canları” işə çıxarmaq onmarın imkanları xaricindədir. “Ölü canlar”ın bəziləri isə ümumiyyətlə ölkə xaricində, və yaxud da Bakıda yaşayırlar… (Milliyol.az)

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir