İdman

“Barselona”nın baş məşqçisi ilə bağlı şikayət nəticəsiz qalıb

İspaniyanın “Barselona” klubunun baş məşqçi Xavi Ernandeslə bağlı apellyasiya şikayəti nəticəsiz qalıb.

“Zirvə yolu” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası qərar qəbul edib.

“Atletiko”ya 3:0 hesabı ilə qalib gəldikləri XXIX turun matçında qırmızı vərəqə alan mütəxəssis iki qarşılaşmada texniki zonada yer almayacaq.

Beləliklə, Xavi “Las Palmas” və “Kadis”lə görüşləri tribunadan izləməli olacaq. Oyunlar müvafiq olaraq martın 30-da və aprelin 13-də gerçəkləşəcək. Xavi aprelin 21-də səfərdə “Real”a qarşı XXXII turun qarşılaşmasında texniki zonaya qayıdacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir