Manşet Sosial

Elm və təhsil nazirinin müavini: Əsas məsələlərdən biri ölkədə iş yerləri yaratmaqdır

Dövlət proqramlarının qarşısında duran əsas məsələlərdən biri ölkədə iş yerləri yaratmaqdır. “Zirvə yolu” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli “2022-2026-cı illər üçün Dövlət Proqramı” məzunları ilə görüşdə deyib.Onun sözlərinə görə, təhsil elə sahədir ki, nəticələri gec görmək olur. Bu gün görülən işlər isə müsbət qiymətləndirilir: “Ötən il dövlət proqramı çərçivəsinə qəbul edilən tələbələrin 50-si dünyanın top 10 universitetinə, qalan 300-ü isə digər tanınmış universitetlərə qəbul olub”.Nazirlik rəsmisi qeyd edib ki, bu gün təhsil alan gənclər rəqabətədavamlıdırlar.

Paylaş: