Xərçəng xəstəliyindən əziyyət çəkən “Bolonya”nın baş məşqçisi Sinişa Mixayloviç iyundan sonra lk dəfə mətbuat konfransı keçirib.
Qol.az xəbər verir ki, o, xəstəliyi haqda danışarkn deyib: “Bu xəstəlikdən əziyyət çəkənlər bilər ki, mübarizə aparmaq necə çətindir. Bütün həkimlərə, tibb bacılarına təşəkkür edirəm. Ağlamaqdan yorulmuşam.
Heç vaxt özümü qəhrəman saymamışam. Sadəcə, insanam. Bu xəstəliyə yalnız kişilik, mərdlik hesabına qalib gəlmək mümkün deyil. Bunda ayıb heç nə yoxdur, xəstə yaşamaq həyata bağlanmaq həvəsini itirməməlidir. Bu əclaf xəstəliyə qalib gəlmək üçün səbr lazımdır. 4 ay küçəyə çıxmaqdan evdə oturmaq asan deyil”.