Məhkəmə hakimləri iş təyin edərkən vəkilin təqvimini nəzərə almaq imkanına malik olacaq.”Zirvə yolu”nun məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri (VK) Anar Bağırov “Elektron vəkil orderi” və digər elektron xidmətlərin ictimaiyyətə təqdimatı zamanı deyib.Onun sözlərinə görə, “vəkil kabineti”ndə vəkilin iş cədvəlini əks edən elektron təqvim artıq istifadəyə verilib:”Bu təqvim qısa zamanda məhkəmə işlərinin təyin edilməsi zamanı elektron məhkəmə informasiya sisteminə inteqrasiya ediləcək və hakimlər də iş təyin edərkən vəkilin təqvimini nəzərə almaq imkanına malik olacaq. Növbəti mərhələ də istintaq orqanları ilə bağlı olacaq. Artıq elektron cinayət prosesi üzərində iş gedir. Artıq bununla bağlı İşçi qrupu yaradılması barədə qərar qəbul edilib. Ümid edirik ki, Vəkillər Kollegiyası da həmin İşçi qrupunda təmsil olunacaq və cinayət prosesinin bütün mərhələlərində vəkillərimiz elektron nailiyyətlərdən istifadə edə biləcəklər”.