Qazax Dövlət Sosial-İqtisadi Kollecində dövlətin pulu necə mənimsənilir? – BU DA FAKT!!!
Bir müddət əvvəl Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin qərarı ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor əvəzi Şahin Əliyev , Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev və Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Rizvan Qənbərov tutduğu vəzifədən azad edildi . Mediatv.az-ın redaksiyasına daxil olmuş məlumatlara görə qanunsuzluqlar son dövrlər Qazax Dövlət Sosial-İqtisadi Kollecinin fəaliyyətində də müşahidə olunur. Elşad Quliyevin rəhbərlik etdiyi bu təhsil müəssisəsi özbaşınalıqlarla idarə olunur. Verilən məlumatda vurğulanır ki, sessiya imtahanlarının vaxtı yaxınlaşdıqca kollecdə hökm sürən ab-hava öz gərginliyi ilə diqqəti cəlb etdirir. Burada təhsil sistemi bərbaddır, rüşvətxorluq baş alıb gedir.Hal-hazırda kollecdə praktika içləri bərbad vəziyyətdədir.Direktor Elşad Quliyev kolleci şəxsi obyekti kimi idarə edir. Bütün bu kimi məlumatlardan sonra Elşad Quliyev haqqında mətbuat üzərindən bir araşdırma apardıq. Dövrü mətbuatın yazdığına görə Kollecdə müxtəlif ixtisasar üzrə təhsil alan tələbələrin çoxu il ərzində heç dərs üzü görmürlər. Çünki, tələbələrin əksəriyyəti rayonda qalmalı və ev kirayələməlidirlər. Belə olan halda müəyyən xərcə düşəcəyini anlayan tələbə ya onun valideyni dərhal Elşad müəllimlə “danışıqlara” gedərək birgə çıxış yolu tapırlar.Bu gün Qazax Dövlət Sosial-İqtisadi Kollecinin əksər tələbələrinin təqaüdləri mənimsənilir. Bunlardan başqa Qazax Dovlət Sosial-İqtisadi Kollecində dövlət vəsaitləri də mənimsənilir. Burada satınalmalar qanunla müəyyən olunmuş qaydada keçirilmir, direktorun əvvəlcədən sövdələşdiyi şirkətlərlə formal müqavilələr bağlanıldığı da söylənilir. Apardığımız araşdırma zamanı məlum oldu ki, Qazax Dovlət Sosial-İqtisadi Kollecində külli miqdarda dövlət vəsaiti kotirovka sorğusu yolu ilə mənimsənilir. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq. Dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə 19.539,8 manat dəyərinə satınalma müqaviləsi 06.12.2023-cü il tarixdə “AZİMUT TƏCHİZAT” MMC ilə bağlanılıb. MMC 13.02.2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə Kapitalı 20 manat, qanuni təmsilçisi Cəfərova Gülnarə Zair qızıdır. MMC-nin fəaliyyət sferası ilə bağlı heç bir məlumat yoxdu. İnformasiya texnologiyası avadanlıqlarının və lisenziyaların satın alınması, mətbəə məhsullarının satınalınması, mühafizə avadanlıqları, katriclərin doldurulması xidməti kimi müxtəlif lotlarda keçirlmiş kotirovka sorğularının qalibi olub. Bir çox səhiyyə, təhsil, mədəniyyət qurumlarının keçirdiyi şübhəli satınalmalarda adı hallanır. Maşın və avadanlıqların satın alınması üzrə 15.999,62 manat dəyərinə satınalma müqaviləsi 06.12.2023-cü il tarixdə “STRİX” MMC ilə bağlanılıb. MMC 22.09.2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5 manat, qanuni təmsilçisi Şirinov Pərvaz Rafael oğludur. MMC-nin fəaliyyət sferası ilə bağlı heç bir məlumat yoxdu. Maşın və avadanlıqların satınalınması, İKT və məişət avadanlıqlarının satın alınması kimi kimi müxtəlif lotlarda keçirlmiş kotirovka sorğularının qalibi olub. Bu MMC-nin də bir çox səhiyyə, təhsil, mədəniyyət qurumlarının keçirdiyi şübhəli satınalmalarda adı hallanır. Cari təmir işlərinin satın alınması üzrə 28.010,9 manat dəyərinə satınalma müqaviləsi 01.11.2023-cü il tarixdə “GLOBAL SERVICES” MMC ilə bağlanılıb. MMC 28.11.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 10 manat, qanuni təmsilçisi Hüseynov Habil Qabil oğludur. MMC-nin fəaliyyət sferası ilə bağlı heç bir məlumat yoxdu. Dövlət Vergi Xidmətinin məlumatlarında vergi ödəyicisinin fəaliyyətinin dayandırıldığı göstərilir. Qeyd edək ki, Sosial-İqtisadi Kollecin 2022-ci ildə satınalma müqaviləsi bağladığı “VARIANT-SEVIS” və “ORLONDO AZ” MMC-lərinin də Dövlət Vergi Xidməti tərəfindən ləğv edildiyi göstərilir. MMC-lərin müvafiq olaraq 35057.69 manat və 56204.86 manat vergi borcu var. Xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün bir neçə ildə yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda açıq, aşkar qeyd olunur ki, iddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar; İddiaçılar müvafiq satınalma müqaviləsini təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, işçi qüvvəsinin (cəlb olunacaq mütəxəssislərin peşə səviyyəsini təsdiq edən sənəd əlavə edilməlidir), texniki imkanlarının olması barədə məlumatlar mütləq olmalıdır. Bunlar olmadıqda iddiaçı tender müsabiqəsinə buraxılmamalıdır.Məsələ burasındadır ki, müsabiqənin qalibi olmuş “GLOBAL SERVICES” MMC-nin külli miqdarda vergi borcu var. İş burasındadır ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir. Tenderdə iştirak üçün sənədlər təqdim olunarkən Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tender Komissiyasının üzvləri məgər bunları görməyib?Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyevin görəsən bunlardan xəbəri varmı?Yaxud “GLOBAL SERVICES” MMC,”VARIANT-SEVIS”, “ORLONDO AZ” MMC MMC,”AZİMUT TƏCHİZAT” MMC -lərlə ,yaxuda qanunları pozararaq kotirovka sorgusunun qalibi olmuş digər MMC-lərlə Elşad Quliyevi hansı maraqlar birləşdirir?Vergi borcu olan MMC-ni, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq kotirovka sorgusunun qalibi etməkdə Elşad Quliyev görəsən hansı maraqlar güdür? cumhuriyyet.net