Cəmiyyət

Azərbaycanda maaşlar 4 manat 40 qəpik artıb – Rəsmi

Bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 946 manat 80 qəpik olub.

Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar 2024) müqayisədə 4 manat 40 qəpik artıb. Belə ki, bu ilin yanvar ayında orta aylıq əmək haqqı 942 manat 40 qəpik olub.

Məlumat üçün bildirək ki, 2022 və 2023-cü illərin əvvəlindən ötən dövr ərzində və bu ilin ilk 2 ayında ölkədə orta aylıq nominal əmək haqqı aşağıdakı kimi olub:

2024-cü il

Yanvar – 942,4 manat
Yanvar-Fevral – 946,8 manat

2023-cü il

Yanvar – 856,2 manat
Yanvar-Fevral – 854,5 manat
Yanvar-Mart – 901,3 manat
Yanvar-Aprel – 913,9 manat
Yanvar-May – 916,8 manat
Yanvar-İyun – 921,9 manat
Yanvar-İyul – 925,3 manat
Yanvar-Avqust – 923 manat
Yanvar-Sentyabr – 919,8 manat
Yanvar-Oktyabr – 921,1 manat
Yanvar-Noyabr – 923,1 manat
Yanvar-Dekabr – 933,8 manat

2022-ci il

Yanvar – 765,9 manat
Yanvar-Fevral – 768,3 manat
Yanvar-Mart – 809 manat
Yanvar-Aprel – 824,7 manat
Yanvar-May – 825,3 manat
Yanvar-İyun – 827,1 manat
Yanvar-İyul – 831,3 manat
Yanvar-Avqust – 829 manat
Yanvar-Sentyabr – 827,4 manat
Yanvar-Oktyabr – 827,9 manat
Yanvar-Noyabr – 829,9 manat
Yanvar-Dekabr – 839,4 manat

Paylaş: