Xarici İşlər naziri Elmar Məmmədyarov və Rusiya Xarici İşlər naziri Serqey Lavrovun görüşü başlayıb.
Oxu.Az-ın məlumatına görə, görüşdə iki ölkə arasında qarşılıqlı əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq, nazirlər, həmçinin, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Eyni zamanda, nazirlər arasında Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə ediləcək.
Azərbaycan və Rusiya XİN-ləri arasında 2020-ci il üçün məsləhətləşmə planı da imzalanacağı gözlənir.