Cəmiyyət

“Şəki Suvarma Sistemleri İdarəsinin müdiri mənə qarşı QƏRƏZLİDİR…” – GİLEY

Şəki rayonun Baş Göynük kənd sakini, “Çernobul” qəzası iştirakçısı və əlili Məmmədov Aqil Sabir oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də dia-az.info-ya daxil olan müraciətdə deyilir:
“Bir daha Sizlərə minnətdarlığımızı bildirmək istəyirik ona görə ki, Siz 44 günlük Vətən Müharibəsinə Qarabağ Problemini birdəfəlik həll etdiniz. Biz də bir seçici kimi hamılıqla Sizi yenidən dövlətimizə başçı seçdik.

Xatırladım ki, elə seçki bitər bitməz “Su və Meliorasiya Təsərrüfatı” ASC-nin Şəki rayonu üzrə idarəsi rəisi mənə zəng edərək bildirdi ki, təcili idarəyə gəlib öz xahişinizlə ərizə yazıb işdən çıxmalısınız. Mən ona bildirdim ki, axı mən xüsusi kateqoriyaya aid Çernobul veteranıyam. Niyə idarədəki bu ixtisara məndən başlayırsınız. Cavab Verdi ki, idarə etdiyiniz avtomobil köhnəlib, işləmir ona görə. Bu birbaşa “Su və Meliorasiya Təsərrüfatı” ASC-nin sədri cənab Zaur Mikaylovun göstərişidir. Mən müdir Sabir Əhmədovun öz xahişimlə ərizə yazıb işdən çıxmağım barədə təklifilə razı olmadığımı bildirdim.

Öncə mən inanmıram ki, cənab “Su və Meliorasiya Təsərrüfatı” ASC-nin sədri Zaur müəllim Sabir Əhmədova göstəriş versin ki, təcili olaraq işçiniz olan Çernobul veteran Aqil Məmmədovun ərizəsi alınsın. Yaxşı olardı ki, Sabir müəllim ixtisarlara idarəyə doldurduğu öz qohum-əqrəba, dost tanışlarından başlayaydı. Və biz də belə şəxsi nümunədən nəticə çıxarıb ərizəmizi yazardıq. Biz zorakılıqla indiki iqtisadi çətin bir vaxtda öz xoşumuzla ərizə yazmadım . Fevralın 24-də təkrar bu barədə yuxarı orqanlara yenidən müraciətimi görən müdir məni 6 mart tarixindən xəbərdarlıq etmədən işdən çıxarmışdır. Bu barədə ƏƏSMN-nin Əmək müfətişliyi mənimlə əlaqə saxlayaraq bildirmişdir ki, belə yanaşmaya görə biz idarəni 1500 manat cərimələyəcəyik. buna görə də mən Çernobul əlili birinci olaraq işdən çıxarıldım. Xatırladım ki, mənim 3 qız övladım olmaqla yanaşı ailəsi başsız qalan və bir xəstə oğlu ilə Şəki rayonun Cumakənd kəndində uçuq bir daxmada yaşayan bacım Məmmədova Nəzakət Sabir qızının da dolanışığına köməklik edirdim. hələ iki il əvvəl onun uçuq damının təmiri üçün yuxarı orqanlara müraciət etmişdim. Bundan sonra Şəki İcra Hakimiyyətindən məni çağırıb 10 dəqiqə nağıl danışıb bildirdilər ki, İcra Hakimiyyətinin kömək etməyə heç bir maddi imkanı yoxdur. Gərək nəzərə alasınız. Kimsə ac bir adam buraya gəlsə bizim ona bir çörək alıb verməyə imkanımız yoxdur. Qəbul zamanı az qaldı ki, cibimdəki qəpik quruşu da İcranın bu bədbəxt məmuruna verib kəndimə qayıdım. Budur, indi məni xüsusi kateqoriyalı adamı işdən çıxarıblar. İndi bilmirəm mən öz ailəmə baxım Yoxsa bir xəstə uşaqla uçuq damın altında yaşayan bacımın ailəsinə. Mən kənddə kimsənin sifarişi əsasında qapısında nökər kimi işləyib, kiməsə tualet quyu qazır, kiməsə daş daşıyır, yer belləyir və s. işlər görüb çörək qazanmağa çalışıram. Amma sağlamlığım get gedə ağırlaşır. 2-3 il yaşasam min şükür. Yaxşı ki, əlil kimi bir az təqüd verirlər.

Ona görə də cənab Prezident Sizdən çox xahiş edirəm ki, mənim 3 qız övladımın olmasını, (ikisi tələbədir) və həyat yoldaşımın da ağır xəstəlikdən müalicə almasını , bacım və xəstə oğluna da maddi yardım etmək məcburiyyətində qalmağımı nəzərə alaraq cənab Zaur mikayılova göstəriş verəsiniz ki, mənim adi bir sürücü kimi idarədə qalmağıma və yenidən işləməyimə şərait yaratsın".
Paylaş: