Manşet Təhsil

Azərbaycanda istehsalatda işləməyə hazırlaşan gənc mütəxəssislər üçün sorğu kitabı nəşr edilib

Azərbaycanda istehsalatda işləməyə hazırlaşan gənc mütəxəssislər üçün sorğu kitabı nəşr edilib. “Zirvə yolu”nun məlumatına görə, Fuad Cavadzadənin müəllifi olduğu “İstehsalat mühəndisləri üçün sorğu kitabı” istehsalatda işləməyə hazırlaşan gənc mütəxəssislərə və müxtəlif istehsalat sahələrində peşə fəaliyyətini davam etdirən mühəndislərə bilik və bacarıqlarını təkmilləşdirə bilmək üçün nəzərdə tutulub. Kitab mexanika, energetika və avtomatika sahələri ilə əlaqədar layihə, istismar və keyfiyyətə nəzarətə dair məsələləri əhatə etməklə yanaşı, enerjinin optimallaşdırılması üzrə xüsusi bir bölməni də ehtiva edir.Qeyd edək ki, Azərbaycan Meliorasiya Elmi Tədqiqat İnstitutunun doktorantı olan Fuad Cavadzadənin bu istiqamətdə “Mühəndis Mexanikin Əl Kitabı”, “İtkiyə gedən suların idarə olunması” və həmmüəllifi olduğu “Tullantı Sutəmizləyici Qurğuların İstismarı” adlı müxtəlif mühəndislik sahələrinə dair yazılmış kitablar elmi tədqiqatçılar, istismarçı mühəndislər və tələbələr tərəfindən istifadə olunur. Bu kitablar həm Azərbaycanda, həm də Türkiyədə istehsalat təşkilatları tərəfindən yayımlanıb, kitablar əsasında universitetlərdə seminarlar təşkil olunub.

Paylaş: