ABŞ-nin “Oklahoma Siti Tander” klubu Milli Basketbol Assosiasiyası (NBA) tarixində müntəzəm mövsümdə Qərb Konfransını birinci pillədə bitirən ən gənc kollektiv olub. “Zirvə yolu”nun məlumatına görə, komanda bunu “Dallas Maveriks”i 136:85 hesabı ilə məğlub etməklə bacarıb.“Oklahoma Siti Tander”in orta yaş həddi 23,9-a bərabərdir. “Denver” ikinci, “Minnesota” üçüncü pillədə qərarlaşıb.