Siyasət

Bonapartın qırılmış qılıncı: Un torbası ilə Cənubi Qafqaza girən Paris başını itirib

Hazırda Fransa ilə Azərbaycan arasında münasibətlər mənfiyə düşüb. Rəsmi Parisin casus şəbəkəsinin fəaliyyət göstərdiyi diplomatik korpusunun rəhbəri Ann Buayonu geri çağırması heç də isti olmayan münasibətləri daha da soyudub. Hətta Emmanuel Makron səfir ilə vaxt tapıb görüşüb də. Bu “diqqət” və “qayğı” Makronun Cənubi Qafqaza, xüsusən də Azərbaycana qarşı “sevgi”sinin bariz nümunəsidir.Bu “diqqət” isə illərlə ATƏT-in Minsk qrupunun həmsədr dövləti olmuş Fransanın Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsindən sonra yaranıb. Qısa müddətdə Bakının 30 illik həsrətə son qoyması Fransanın heç xoşuna gəlmədi. Söhbət Ermənistana olan sevgidən getmir, söhbət Azərbaycana təsir rıçaqlarının yox olmasından gedir.

Paylaş: