Kayrat Sarıbay: Xəzəryanı dövlətlər iqlim dəyişikliyinə qarşı mübarizədə iştirak edirlər
Beynəlxalq ictimaiyyət iqlim dəyişikliyi problemlərini kollektiv şəkildə həll etməlidir və onunla mübarizədə böyük təcrübəyə malik olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələri prosesin fəal iştirakçılarına çevrilə bilərlər. “Zirvə yolu” xəbər verir ki, bunu AQEM-in Baş katibi Kayrat Sarıbay mətbuat konfransında bildirib.Baş katib qeyd edib ki, iqlim dəyişikliyinin nəticələri ilə mübarizə aparmaq üçün inteqrasiya olunmuş yanaşma və dünya liderlərinin birgə səyləri lazımdır.Xəzər hövzəsi ölkələrində regional səviyyədə bu problemdən danışan Baş katib ölkələrin bu məsələdə əməkdaşlığa sadiq olduğunu vurğulayıb: “Beş Xəzəryanı dövlətin hamısı AQEM-in üzvüdür və birgə tədbirlərdə fəal iştirak edir, bir-biri ilə təcrübə mübadiləsi aparırlar”.K.Sarıbay bildirib ki, logistik qovşaqların ətraf mühitə ziyan vurmayacaq formada planlaşdırma təcrübəsi var.