Cəmiyyət

Arif Məşədiyevin Vətən sevgisi peşəsinin ən böyük mayakı olub, gələcək fəaliyyətini işıqlandıracaq

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib. Bununla bağlı Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Məşədiyev Arif Nazim oğlu Göygöl rayon Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb. O, bu təyinata qədər İsmayıllı RPŞ, DYP bölməsinin rəisi olub. Arif Məşədiyəv hansı sahədə çalışıbsa, həmişə özünü doğrultmağı bacarıb. Çünki amalı dövlətimizə, dövlətçiliyimizə, xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün uğurların altında məhz Məşədiyev imzası nəzərə çarpır. Məşədiyev heç vaxt hansısa post tutmaq uğrunda mübarizə aparmayıb. O, posta layiq görülüb. Dövlət tərəfindən layiqli dəyərini alıb.”El gözü tərəzidir” deyirlər, xalq milli ruhlu vətənpərvər Vətən oğlunun fəaliyyətinə həmişə öz qiymətini verib və vermək də davam edir.Biz də xalqın bir nümayəndəsi olaraq Türk soylu Azərbaycan oğlu, damarında Alp Ər Tonqa qanı axan polis mayoru Arif Məşədiyev Nazim oğlunu Göygöl rayonu Polis Şöbəsinə Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alması münasibətilə təbrik edir, inanırıq ki, bu vəzifənində öhdəsindən məharətlə gələcək.”Xalq üçün, Vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömür yolu keşməkeşli, həyatı çətın, məsuliyyəti çox olsa da, Arif müəllim kimi insanlar ömrü ele-belə yaşamır çiyinlərində vəzifə yükü, el qayğısıyla dolu, mənalı, məqsədli və şərəfli yaşayırlar.Belə insanların xoşbəxtliyi vətənin , millətin xoşbəxtliyinə bağlıdır. Arif Məşədiyev kimi insanlar xalqının mənəvi siması, genofondudur desek səhv etmərik.Dünəni, bugünü, sabahı Vətən olan, taleyi Vətənin taleyinə bağlanan, insanlığı haqdan doğulan Arif Məşədiyevə haqq yolunda, dövlət, xalq yolunda işini usanmadan davam etdirməyi arzulayırıq.Vətən Məcnunu, el aşiqi, sülh əsgəri kimi dünyaya gələnlər, üçrəngli bayrağın altında məramınca yaşayıb, özlərinə çirkab bulaşdırmırlar.”Mən nə etdim məni yurddaş edən yurdum üçün” sorusu hər günün sonunda qəlbində doğulanlar, səhərin açılmağı ilə daha diri, yeni ideya və prinsiplərlə doğulurlar.Oğuzlar Vətəni olan Azərbaycanımızın ər oğullarından olan Arif Nazim oğlu Vətənin onun olduğunu, haqqın xalq, imanın dövlət, cəddin millət olduğunu dərk edən məmurlardandır.Xəmiri Vətənə məhəbbət hissi ilə yoğrulanların Vətən sevgisi qanından, genindən gəlir. İnanırıq ki, Arif Məşədiyevin Vətən sevgisi peşəsinin ən böyük mayakı olub, gələcək fəaliyyətini işıqlandıracaq. İnanırıq ki, insanlarım hüquq və azadlıqlarının ifadəsinin və müdafiəsinin ən ali forması olan qanunlara dürüst əməl edilməsini daim ön plana çəkmək, sağlam mənəvi mühitin formalaşması istiqamətində prinsipial addımlar, rüşvətxorluq və korrupsiyaya qarşı genişmiqyaslı, səmərəli mübarizə , haqq- ədalət çərçivəsində Göygöl sakinlərinin mənafeyinə cavab vermək Arif Məşədiyev fəaliyyətində müstəsna əhəmiyyət kəsb edəcək.Bu şərəfli vəzifəni böyük bir sədaqətlə və insani məhəbbətlə yerinə yetirib cəmiyyətdə hüzur yaradacağına şübhəmiz yoxdur.

Paylaş: