Ötən həftənin son iş günündə ABŞ Prezidenti Donald Trampın Səudiyyəyə zəngi Brent markalı neftin bir barelinin qiymətinin 74.48 dollardan 71.21 dollaradək azalmasına səbəb oldu.
Anews.az xəbər verir ki, Trampın zəngi nefti qiymətində 5 faizə yaxın azalmaya gətirib çıxarıb. Bu haqda iqtisadçı ekspert Vüqar Bayramov şəxsi “Facebook” səhifəsində məlumat verib.
Qlobal neft təklifini gündəlik 101.42 milyon barel olduğunu nəzər alsaq, bir zəng neft ölkələrinin “qara qızıl” satışından gündəlik gəlirinin 332 milyon dollar azalmasına səbəb olub.
Mart ayında Azrəbaycanın gündəlik neft ixracatınn 798 min barel olduğunu nəzərə alsaq o zaman Tramp zənginin ölkəmizə daxil olan gündəlik neft gəlirlərini 2.6 milyon azaltdığı aydın olur.
Qeyd edək ki, bu mənfəət gəliri deyil, xərclər və Əməliyyat Şirkətinin payı daxil olmaqla əldə edilən bütün gəlirdir.
Göründüyü kimi, Ağ evdən edilən bir zəng neft bazarındakı qiymət artımlarını tormuzladı və yenidən “qara qızıl” ucuzlaşmağa başladı. Qeyd edək ki, ABŞ Prezidentinin zəngindən sonra OPEK-in hasilatı artıracağı və dünya bazarına daha çox neft çıxaracağı gözlənilir.
Amma əgər bir zəng neftin dünya bazar qiymətini hissi edilən dərəcədə dəyişə bilirsə deməli neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır. Bu həmçinin “neft bumunun” bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir. Azərbaycan üçün də həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə də əsas hədəf olaraq qalmalıdır. Kənar müdaxilələr ilə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür.
Beləliklə, neftin qiyməti məqbul hesab olunsada belə son baş verənlər enerji bazarı üçün nikbin əhval-ruhiyyə ilə formalaşdırmır. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi “şokların təsirlərindən” sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır.