Cəmiyyət Sosial

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur… – EYNİ SİTƏM…

“Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov bu gün rəsmən MR-da keçmiş dönəmin əsas “qoruyucu mələyi” kimi çıxış edir, özünü Vasif Talıbov dövrünün məmurları kimi aparır. Əslində, geniş planda vəziyyət elə həqiqətən də Ceyhun Cəlilovun yaratdığı təəssürat kimidir. Yəni Vasif Talıbov getsə də, yaxşılığa doğru dəyişən nəsə yoxdur. Əskinə, vəziyyət günü gündən pisləşir”.

Dia-az.info bildirir ki, bu barədə redaksiyamıza yazan Naxçıvanın bir qrup Qarabağ Qazisi öz ümarciətində başlıca problemlə bağlı da izahat5 verərək, ölkə rəhbərliyindən kömək istəyirlər.

Müraciətin davamında deyilir: “Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov şəhid ailələrini, müharibə qazilərin aldadır iki ildir… İşi-gücü yola verməkdir… ev-maşın vermir, bu bir yana, hətta üstəlik təqaüdlər də iki aydan bir verilir. Qazilərin və digər əlillərin protezləri iki ildir ki dəyişilmir.

Əlillərə ayrılan maddi yardım verlimir. Biz dia-az.info vasitəsilə ölkə rəhbərliyindən xahiş edirik ki, Ceyhun Cəlilovla bağlı ölçü götürülsün və problemlərimizə diqqətlə yanaşılsın”.

Paylaş: