Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib – Ceyhun Cəlilovun İLK Sərəncamı
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Aparat rəhbəri təyin edilib
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun müvafiq Sərəncamına əsasən Sahir Kamil oğlu Rüstəmov Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatnın rəhbəri vəzifəsinə təyin edilib.
Məlumat üçün qeyd edək ki, Sahir Rüstəmov bu təyinatadək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb. (Dia.az)