Cəmiyyət

Azər Şabanov cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı amansız mövqe tutur

İctimai-siyasi sabitlik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin mövcudluğunun mühüm şərtlərindən biridir. Respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın qazandığı ən mühüm nailiyyətlər sırasındadır. Danılmaz həqiqətdir ki, respublikamızın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında polislərin müstəsna rolu vardır. Vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirən və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldan Göygöl DYP-nin İnzibati təcrübə üzrə baş inspektoru Azər Şabanovdur. Cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı amansız mövqe tutan Azər Şabanov qanunla üzərinə düşən vəzifələri yerinə yetirməklə sabitliyin təminatı üçün bütün zəruri tədbirləri həyata keçirməklə Göygölün sadiq keşikçisinə çevrilmiş, ictimai etimad qazanmışdır. Göygöl DYP-nin İnzibati təcrübə üzrə baş inspektoru Azər Şabanov daxili böhrana, vətəndaş itaətsizliyinə, xaos və anarxiyaya qarşı daim mübarizə aparmış, qanunçuluğun və hüquq qaydalarının təminatı, Göygöl sakinlərinin azad və təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi uğrunda çalışmışdır. Vətəndaşların qanuni hüquq və azadlıqlarının, ictimai asayişin, kriminogen durumun sabitliyinin keşiyində əsgər kimi dayanır. İctimai-siyasi sabitliyin sakinlərin bugünkü və gələcək taleyi baxımından necə böyük əhəmiyyət kəsb etdiyini dərk edən, Azərbaycan dövlətinə və dövlətçiliyinə qürurla xidmət edən əsl polisdir. Azər Şabanovun iradə və qətiyyəti dövlətçiliyə qanunçuluğa bağlılığı nəticəsində Göygöldə heç bir qüvvə qarşıdurma yaratmağa, asayişi pozmağa, xaos və anarxiya mərhələsinə qayıtmağa qadir deyildir. Buna cəhd edənlər həmişə olduğu kimi qarşılarında Azərbaycan polisini – Azər Şabanovu görürlər. Xidməti peşəsində xüsusi keyfiyyətləri ilə seçilən polis məmuru Azər Şabanov öz vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir. İşini yüksək səviyyədə peşəkarcasına yerinə yetirən əsl polis məmuru və Azərbaycan vətəndaşıdır. Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmışdır. Azər Şabanovun şərəfli ömür və peşə yolu dövlətə, dövlətçiliyə bağlılığı, vətənpərvər ictimai-siyasi və hüquqi fəaliyyəti ilə dərin rəğbət və hörmət qazanmışdır. Polis yaradılanı bəşər övladını şərdən qoruyan olduğu üçün mahiyyət etibarilə xeyirin təmsilçisidir və bütün bəşəri anlamları özündə birləşdirir. Xeyirin təmsilçisi Azər Şabanov Göygöldə sabitliyi qorumaq üçün sinəsini sipər etməyə hazırdır. O, vicdanlı gözətçidir. İşini düzgün, ədalətli və vicdanlı görür. Mübarizlik, əzmkarlıq, böyük ruh yüksəkliyi və yüksək inam hissi ilə Göygölün dinamik inkişafında fəal rol oynayır. Vəziyyət hər nə olursa olsun daim asayişin keşiyində durur, gecəsini gündüzünə qatıb özünü bir an belə düşünmədən ictimai asayişi qoruyur.

Paylaş: