“Zirvə yolu” AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubu yüksək maaş büdcəsini tənzimləmək üçün onu satmaq qərarına gəlib.
Qeyd edək ki, qolkiper 2014-cü ilin iyulundan “Atletiko”nun formasını geyinir. 31 yaşlı sloveniyalı bu mövsüm Madrid klubunun heyətində keçirdiyi 49 oyunda 64 qol buraxıb.
“Transfermarkt” portalı Yan Oblakın bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirib.