Cəmiyyət

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, “Türkiyə-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Komissiyasının 11-ci dövr iclası münasibətilə 8 may 2024-cü ildə Ankarada Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) və Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) əməkdaşlığı ilə Türkiyə-Azərbaycan Biznes Forumu keçiriləcək. Həmçinin biznes-forumda Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun, dövlətlərin qurum və təşkilatlarının, müxtəlif sektorlarda fəaliyyət göstərən iş adamlarının iştirakı gözlənilir. Həmçinin iki ölkə arasında iş və investisiya imkanlarının qiymətləndirilməsinin nəzərdə tutulduğu da qeyd edilib.

Paylaş: