Dünya

“”Azpetrol”dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar…” – NARAZILIQ VAR…

Dərnəgüldəki “Azpetrol”dan 10 litr benzin vurdum. Qısa bir məsafə getdikdən sonra maşın titrəməyə başladı. O dərəcədəki, düşündüm, bəlkə benzin yerinə dizel vurublar. Geri qayıdıb baxdım ki , ümumiyyətlə dizel pompası yoxdur. Ustalardan soruşdum, “benzin çox bərbad olduğu üçün baş verib” dedilər.

Bu barədə sosial şəbəkə istifadəçilərindən biri bildirib.

“Yanacaqdoldurma məntəqələrinə nəzarət edən hansısa bir qurum var? Bu kimi hallarda şikayət edib nəticə alaq ki, özbaşınalıqlar davam etməsin”, – o qeyd edib.

Müştəri “Azpetrol”dan onunla əlaqə saxlanıldığını bildirib: “Əməkdaş gəldi, görüşdü. Deyir ki, gedək həmin məntəqədən nümunə benzin götürüb analizə göndərək, bizdə qatqı çıxmayacaq. Deyirəm, iki gün keçib, həmin benzin qalıb, ya yox, bəlli deyil, buyurun, mənim maşınımdan götürüb analizə göndərin. Razı olmadı. Qısacası, bir çox müəssisə kimi “Azpetrol”un da yola verməklə məşğul olduğu aydın oldu”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Referans.az

Paylaş: