Dünya

Paşinyan II Qareginin siyasi hərəkata rəhbərlik etdiyini bildirib – GƏLİŞMƏ

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Bütün Ermənilərin Katolikosu bu gün siyasi hərəkata rəhbərlik edir, hərəkatın benefisiarı isə Robert Koçaryandır.

APA xəbər verir ki, Paşinyan bugünkü mətbuat konfransında deyib ki, erməni keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının məqsədi onun sələflərini hakimiyyətə qaytarmaqdır.

Onun sözlərinə görə, hələ 2021-ci ildə Robert Köçəryan kilsənin köməyi ilə hakimiyyətin dəyişməsi ssenarisini təqdim edib.

Paylaş: