İnstaqram sosial şəbəkəsi bundan sonra qeydiyyat zamanı istifadəçilərinin yaşını soruşacaq.
Bu barədə “РИА Новости” İnformasiya Agentliyi məlumat yayıb.
Şəbəkə rəsmilərinin bildirdiyinə görə, istifadəçidən tələb olunan informasiyanı digərləri görməyəcək.
Yeni qaydanın tətbiqində məqsəd şəxsi hesabların yaradılmasının və məxfilik siyasətinin təkmilləşdirilməsidir.
Bundan əlavə, istifadəçilər gələn mesajları tənzimləyə biləcək. Artıq onlar izləyicisi olmadığı şəxsdən mesaj almaq məcburiyyətində deyillər.
Tərcümə: Cavid Zahidoğlu