Ekologiya nazirliyi və icra hakimiyyəti 4 hektar meşəni satmaq istəyir – Prezidentə müraciət edildi (FOTO)
Qusar şəhərinə bitişik 4 hektara yaxın unikal meşə ərazisinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qusar Rayon İcra Hakimiyyəti tərəfindən məhv edilir. Məqsəd meşə sahəsini baha qiymətə satmaqdır.
AzToday.az xəbər verir ki, bu barədə “Ecofront” İctimai Birliyini rəhbəri Cavid Qara Prezident İlham Əliyevə müraciət edib.
Müraciətdə dövlət başçısından sözügedən meşə ərazisinin məhv edilməsinin qarşısını almaq istənilir:
“Cənab Prezident,
Yazıb sizdən xahiş edirik ki, Qusar şəhərinə bitişik unikal meşə ərazisinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qusar Rayon İcra Hakimiyyətinin korrupsiya əməllərinin qurbanı olmasının qarşısnı alasınız. COP29 və Yaşıl Həmrəylik ilində bunu edənlər müstəsna həyasızlıq göstərirlər.
Cənab Prezident, biz sizin dəyərli vaxtınızı almamaq üçün, belə xırda bir məsələdən ötrü sizi narahat etmək istəməzdik. Heyfislər olsun ki, son 20 ildə qurduğunuz hökümət strukturu bu cür xırda məsələlərin belə öhdəsindən gələ bilmir. Məsələni dəfələrlə ictimailəşdirməyimizə baxmayaraq artıq bir ildən çoxdur ki, bu meşənin taleyi naməlum olaraq qalır. Bu günlərdə yenidən ağacları kəsib, kötüklərini yerindən çıxarıb gizlətməyə başlayıblar. Biz artıq bu dəfə çarəsizlikdən sizə müraciət edirik.
Cənab Prezident ümid edirik, bu dəfə də sizə müraciətimiz təsirsiz qalmayacaq”.
Meşə ərazizisinin görüntülərini təqdim edirik: