Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Bakıya gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə “Qarabağ” Futbol Akademiyasının koordinatoru Tacəttin Doğan “Twitter” hesabında paylaşım edib.
Şenol Günəşin səfərinin məqsədi AVRO-2020-nin oyunları üçün Hotel və təlim-məşq bazası seçimi ilə bağlıdır. O, Tofiq Bəhramov adına Respublika stadionunda olub.
Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Bakıda təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.