Cəmiyyət

“Bakı Metropoliteni” 2,7 manatdan 45 min litr süd alır – Marketlərdə 2,4 manata satılır

“Bakı Metropoliteni” QSC tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi fərdi sahibkar Həsənova Esmira Hadı qızı (VÖEN- 1304705732) olub.
Həsənova Esmira Hadı qızı “Bakı Metropoliteni” QSC-nin zərərli iş şəraitində çalışan işçiləri üçün quruma 122 min 452 manat 85 qəpik dəyərində 44 min 730 litr süd satacaq. Rəqəmlərdən də göründüyü kimi “Bakı Metropoliteni” QSC südün 1 litrini Həsənova Esmira Hadı qızından 2 manat 74 qəpiyə alacaq.
Onu da bildirək ki, ölkənin aparıcı süd istehsalçıları tərəfindən istehsal olunan və sterilizə edilən südün bir litrinin orta qiyməti pərakəndə ticarət şəbəkələrində 1,1 manat, pasterizə edilən südün bir litrinin orta qiyməti isə 2,4 manat olub.

Paylaş: