Qlobal istiləşməni 1,5 dərəcədən aşağı saxlamaq üçün kollektiv fəaliyyət lazımdır.
“Zirvə yolu” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva İkiillik şəffaflıq hesabatlarının hazırlanmasında potensialın gücləndirilməsinə dair vorkşopda deyib.
“Paris sazişi”ndən irəli gələn öhdəliklərimizi yerinə yetirmək üçün fəal addımlar atmaq vacibdir”, – o vurğulayıb.
Onun sözlərinə görə, istixana qazlarının emissiyalarının icmalı hər bir ölkədə tullantıların azaldılması istiqamətində görülən tədbirlərin hərtərəfli icmalını təqdim edir.
U.Tağıyeva əlavə edib ki, bu icmallarda həmçinin emissiyaların azaldılmasına dair irəliləyişlər, hər bir ölkənin göstərdiyi və aldığı dəstəyin həcmi göstərilir:
“Emissiya təhlükələri və təsirlərin azaldılması tədbirlərinin effektivliyi haqqında şəffaf və aktual məlumatlar qərarların qəbul edilməsinə kömək edir və ölkələr arasında etimadı artırır”.