Türkiyə və ABŞ rəsmiləri Türkiyənin Rusiyadan C-400 zenit-raket kompleksi və F-35 beşinci nəsil ABŞ istehsalı olan qırıcıları alması barədə müzakirələr aparıblar.
“TACC”ın məlumatına görə, bu barədə açıqlamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Londonda baş tutmuş NATO sammitindən sonra türkiyəli KİV nümayəndələrinə açıqlamasında bildirib.
Prezident deyib ki, İspaniya və Yunanıstan Liderləri ilə görüşündən sonra ABŞ Prezidenti Donald Tramp ilə görüşüb.
D.Tramp ilə danışıqlarda ötən NATO sammitinin mövzularına toxunulub. Regional problemlər müzakirə olunub.
“C-400 və F-35-ə gəldikdə isə, əməkdaşlarımız bu istiqamətdə fəaliyyət göstəririlər”, deyərək R.T.Ərdoğan açıqlayıb.
Tərcümə: Cavid Zahidoğlu