Artıq iyun ayında Şuşa şəhərində 370 ailə – 1 450 nəfər yaşayacaq.
“Zirvə yolu” xəbər verir ki, bunu Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva açıqlayıb.
“Artıq şəhərimizə köç başlayıb. İyun ayında 370 ailə – 1 450 nəfər şəhərimizdə yaşayacaqlar. Bu, böyük xoşbəxtlikdir. Mərhələ-mərhələ hər bir şuşalı doğma yurdunda xoşbəxt həyatını davam etdirəcək”, – o qeyd edib.
O əlavə edib ki, “Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatiyası, böyük sərkərdəliyi sayəsində bu uğura nail olmuşuq”.
Xatırladaq ki, mayın 14-də Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.