İdman

Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb

Qadın həndbolçuların Azərbaycan çempionatı başa çatıb.

“Zirvə yolu” xəbər verir ki, XVI turun sonuncu qarşılaşması Mingəçevirdə gerçəkləşib.

“Kür” çempion “Qarabağ”ı qəbul edib. Meydan sahibləri rəqibini 36:26 hesabı ilə üstələyib.

Qələbə sayəsində çempion “Qarabağ”la xal fərqini minimuma endirən “Kür” komandası mövsümü 25 xalla ikinci pillədə başa vurub. Aktivində 21 xalı olan “Azəryol” ilk üçlüyü qapayıb.

Paylaş: