Son iki ildə bu sətirlərin yazarının Konstitusiyanın 25 (Bərabərlik hüququ),
26 ( İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi) , 60
( Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı), 61 (Hüquqi yardım
almaq hüququ) maddələri ilə təminat verilən hüquq və azadlıqlarını dövlət
hakimiyyətinin üç qolundan biri olan məhkəmə hakimiyyəti nəinki
məhdudlaşdırıb, hətta qərarları ilə qadağa qoyub. 1-ci dərəcəli Qarabağ
qazisinin hüquqlarına kobud qadağaya baxın, inzibati məhkəmə icraatında
İnzibati Prosessual Məcəllənin ( İPM) 13 və 48 maddələri məhkəmənin
özünün yardım etmək vəzifəsini doğrulasa da, hakim korpusu həm
görəvinin icrasından imtina edir, həm də İPM-in 31.1 maddəsinə əsasən
proses iştirakçısını vəkillə təmin olunmaq hüququndan. Qarşı tərəf isə-
Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filialı DSMF-də Konstitusiyaya zidd
yaradılan MƏHKƏMƏ FİLİALI – 39 saylı vəkil bürosu (?) , DİN Vəkillər
Kollegiyasının özü (??) ilə təmsil olunur. ( VK-nın intizam komissiyasının
üzvü Əlirza Həbilov DİN-də VK-nın vəkili, VK-da DİN-in nümayəndəsi
ştatındadır) Bu da olur “hamının qanun və məhkəmə qarşısında
bərabərliyi”!
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ( Şərafət
Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov) 25.04.2023
tarixli qərardadı ilə iddiaçı 1-ci dərəcəli Qarabağ qazisinə dövlət hesabına
vəkil ayrılmasından imtina edilib ki, vəkil yalnız kassasiya instansiyasında
ayrıla bilər. Bu qərardaddan kassasiya şikayəti verməyə vəkillə təminatına
ərizə verən qaziyə 02.05.2023 tarixli ŞİKAYƏT VERİLƏ BİLMƏZ aktla
yenə imtina edilib və iş baxışdan çıxarılaraq Ali Məhkəməyə göndərilib. Ali
Məhkəmənin İnzibati Kollegiyası ( İlqar Hüseynov, Nigar Rəsulbəyova,
Kəmaləddin Bədəlov) 8 aylıq “yazı-pozu” sonucunda 29.12.2023
tarixli qərardadla kassasiya şikayətini mümkün saymayıb. “Əsas” da bu
absurd olub ki, vəkil ayrılmasından imtina qərardadlndan şikayəti vəkil
tərtib etməyib, 02.05.2023 tarixli ŞİKAYƏT VERİLƏ BİLMƏZ qərardad
MÜBAHİSƏLƏNDİRİLMƏYİB. (?) Ali absurdluğa baxın, apellyasiya
instansiyası qərardaddan şikayət verilə bilməzliyini aktlaşdırır, Ali
Məhkəmə şikayətə qadağadan şikayət verilməməsini iddiaçının suçu
sayır. Şikayətə qadağa qoyulub, anında baxışdan çıxarılıbsa, ondan necə
şikayət versin hüquqi yardımsız, vəkilsiz iddiaçı qazi ? Absurdluq bununla
da bitməyib, hələ apellyasiya instansiyası “absurdluq məharətini” ,
məhkəməyə müraciəti HÜQUQDAN SUİ-İSTİFADƏ kimi aktlaşdırmaq
“bacarığını” sərgiləməkdədir.
23.04.2024-cü ildə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının
Cahangir Yusifovun Mehriban Qarayeva ilə əvəzləndiyi eyni heyəti
iddiaçının öncədən məhkəməyə təqdim etdiyi 9-cu dəfə eyni işə təyin
edilən məhkəmə tərkibinə etirazına və vəkillə təminatı barədə ərizəsinə
baxmadan ( Ali Məhkəmə Plenumunun 24.11.2005 tarixli, 3 saylı “Hakimə
(məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi
haqqında” qərarının 6-cı bəndinə görə, etiraz daxil olandan dərhal
baxılmalı və uyğun qərar qəbul edilməlidir) yekun akt çıxarıb. Bu aktdan
kassasiya şikayəti verməyə yenə də dövlət hesabına vəkildən imtina edilir
ki, Ali Məhkəmənin 29.12.2023 tarixli vəkildən imtina haqqında
qərardadı qüvvədədir. (?) Bu isə o anlama gəlir ki, məhkəmə hakimiyyəti
qərardadla vətəndaşın konstitusion məhkəmə təminatı, hüquqi yardım
almaq hüququnu ləğv edib, Konstitusiyaya yolunu bağlayıb. Görəcəkli
günlərimiz varmış, bəyəm Konstitusiyaya da covid-19 pandemiyası
(məhkəmənin adından) qadağa qoyub? Yəqin NK quru yolunu açanda
vətəndaşın da Konstitusiyaya yolu açılar(mı?). Hələ ki yolumuzu qadağa
aktları bağlayıb…
Məğrur Bədəlsoy – Qarabağ Qazisi
dia-az.info