Dünya

İran hakimiyyəti minlərlə etirazçının qətlində ittiham edilir

ABŞ Dövlət Departamenti İran hakimiyyətini etiraz aksiyalarının başlanğıcından uşaqlar da daxil olmaqla, azı 1000 nəfərin qətlində ittiham edib.

Zirveyolu.info  “Report”a  istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bildirib.

“Biz Tehranda və onun ətraflarında yüzlərlə insanın qətli haqqında xəbərlər eşitdik. Həqiqət ən azı sızır, deyəsən rejim etirazların başlanğıcından mindən çox İran vətəndaşı öldürə bilib”, – o deyib.

Onun sözlərinə görə, öldürülmüş insanlar arasında uşaqlar da var. Brayan Huk əlavə edib ki, etirazlar zamanı minlərlə insan yaralanıb, həmçinin minlərlə etirazçı həbsxanalara yerləşdirilib. Həbsxanalara salınanlar işgəncələrə məruz qalırlar.

Öz növbəsində İran hakimiyyəti ABŞ-ı qarışıqlıqların təşkilatçısı adlandırıb. Tehran rəsmiləri qeyd edib ki, ABŞ-ın hədəfi İran İslam Respublikasının təhlükəsizliyinin məhv edilməsidir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir