Qərargah rəisi: Yanğın yerinə 8 yanğın avtomobili və 75 nəfər şəxsi heyət cəlb edilib
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın yerinə 8 yanğınsöndürmə avtomobili, 3 xüsusi texnika və 75 nəfər şəxsi heyət cəlb edilib. “Zirvə yolu” xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev deyib.Onun sözlərinə görə, yanğın qısa müddət ərzində məhdudlaşdırılıb və hazırda tam söndürülmə işləri görülür:“Xəsarət alan insanlar barəsində hələ ki, heç bir məlumat daxil olmayıb. Yanğının ərazisi ölçülür, əlavə məlumat veriləcək”.