İdman

Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” komandası Türkiyə Superliqasına vəsiqə uğrunda pley-off matçına çıxıb. “Zirvə yolu”nun məlumatına görə, “Çorum” səfərinə yollanan Kocaeli təmsilçisi 1:2 hesabı ilə məğlub olub.Qarşılaşmaya start heyətində başlayan R.Şeydayev 90 dəqiqə meydanda olub.Qeyd edək ki, bu gün digər Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” komandası pley-offda “Bodrumspor”la qarşılaşıb və uduzub – 0:2.

Paylaş: