Cəmiyyət

Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun

Oyuncaqlar əyləndirir, öyrədir, dünyanı öyrənməyə kömək edir və hətta ünsiyyət bacarıqlarını inkişaf etdirir. Ancaq bunların hamısının belə üstünlükləri yoxdur – uşağa zərər verə bilənlər də var. “Zirvə yolu” xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya uşaq psixoloqu Nataliya Derbeneva danışıb.Psixoloqun fikrincə, güclü işıq və səs effektləri olan oyuncaqlar təhlükəli ola bilər:“Bu gün interaktiv olanlar çoxdur: Danışan heyvanlar, parlaq fantastik silahlar və çox yüksək səsli uzay gəmiləri. Onlarla diqqətli olmalısınız, çünki həddindən artıq səs və işıq sinir sistemini, xüsusən də uşağın sinir sistemini həyəcanlandırır. Buna görə də, belə bir şeylə oynayandan sonra uşağın qəflətən aqressiya göstərməyə başladığını görə bilərsiz”.Uşaq psixoloqu qeyd edib ki, övladınız üçün yaşına uyğun olmayan oyuncaqlar almamalısınız:“Uşaq nə qədər böyükdürsə, oyuncaqlar bir o qədər mürəkkəbdir, tərkibində kiçik hissələr də olur. Yaş məhdudiyyətinə mütləq diqqət yetirin”.Onun fikrincə, qorxulu oyuncaqlar daha zərərli ola bilər.“Belə oyuncaqlar qorxudur, şərin cəlbedici ola biləcəyini göstərir və yalançı dəyərləri təsdiqləyir. Onlar həmçinin uşaqların ünsiyyət və empatiya bacarıqlarına mənfi təsir göstərə bilər”, – Natalia Derbeneva izah etdi.

Paylaş: