Azərbaycanın Türkiyədəki səfiri omanlı həmkarı ilə ölkələr arasında ikitərəfli əməkdaşlığı müzakirə edib
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov omanlı həmkarı Saif Əl-Cəhvari ilə ölkələr arasında ikitərəfli əməkdaşlığı müzakirə edib.“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycanın diplomatik missiyasının mətbuat xidməti bildirib.“Səfir Rəşad Məmmədov Oman səfiri Saif Əl-Cəhvarini qəbul edib. Görüşdə Azərbaycan və Oman arasında ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb”, – səfirlik diqqətə çatdırıb.Xatırladaq ki, Azərbaycan səfiri mayın 15-də Türkiyənin NATO-dakı nümayəndə heyətinin sədri Mövlud Çavuşoğlu ilə görüşmüşdü.