Yevlax şəhərində törədilmiş qətlin bəzi təfərrüatları məlum olub.”Zirvə yolu”nun məlumatına görə, Yevlax şəhər, Elçin Ağayev küçəsində yerləşən fərdi evlərin birində 1984-cü il təvəllüdlü Ləman Yolçu qızı Şükürovaya 10-dan çox bıçaq xəsarəti yetirilib, qadın hadisə yerində dünyasını dəyişib.Hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Vəli Mətləb oğlu Şükürovdur. O, hadisədən sonra özünə də bıçaqla xəsarət yetirərək intihara cəhd edib.V.Şükürov xəstəxanaya çatdırılıb, onun həyatı üçün təhlükə yoxdur.Qeyd edək ki, ailənin 2 övladı var. L.Şükürova Yevlaxdakı orta məktəblərin birində xadimə işləyirmiş. V.Şükürovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.Faktla bağlı araşdırma aparılır.
18:57
Yevlax rayonunda 1984-cü il təvəllüdlü Şükürova Ləman Yolçu qızının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub. “Zirvə yolu” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Şükürov Vəli Mətləb oğlu sonra özünə də kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.Araşdırma aparılır.