İspaniya Argentina Prezidenti Xavyer Mileyin sözlərindən sonra bu ölkədəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.“Zirvə yolu” xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.Onun sözlərinə görə, buna səbəb Xavyer Mileyin İspaniyanın Baş naziri Pedro Sançesin həyat yoldaşı Begonya Qomesi korrupsioner adlandırması olub. Qeyd olunur ki, İspaniya Argentina Prezidentindən üzrxahlıq tələb edib.”Cənab Mileyin davranışına görə İspaniya ilə Argentina arasındakı münasibətlər son tarixin ən çətin anını yaşayır. Buna görə də bildirirəm ki, Buenos-Ayresdəki səfirimizi məsləhətləşməyə çağırdım”, – o deyib.Albares bildirib ki, İspaniya Mileydən ictimai üzrxahlıq tələb edir. Çünki səfər zamanı başqa bir ölkənin Prezidentinin İspaniyanı və hökumətinin sədrini təhqir etməsini qəbuledilməz sayır.